“Sevilya”dan 20 milyonluq təklif
28.06.2022 - 23:46
“Latsio”nun futbolçusu Luis Alberto karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Sevilya”nın maraq dairəsindədir.
İspaniyalılar Luis üçün romalılara rəsmi təklif də göndərib. “Sevilya” onun üçün 20 milyon avro ödəməyə hazırdır.
Lakin “Latsio” oyunçunun satışından daha çox qazanmaq istəyir. Məbləğin 30 faizi futbolçunun sabiq komandası “Liverpul”a çatacaq.
Qeyd edək ki, Alberto ötən mövsümün 44 matçında 5 qol vurub.
- Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”
0
0