Silahlı hücumdan sonra Serhat Akından radikal qərar
10.10.2024 - 11:44
Silahlı hücumdan sonra Serhat Akından radikal qərar

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl “Fənərbaxça”nın və Türkiyə millisinin sabiq futbolçusu Serhat Akına silahlı hücum edilib.

Hücum nəticəsində ayağından yaralanan Serhat Akın iki dəfə əməliyyat olunub.

Apasport.az xəbər verir ki, ayağından növbəti əməliyyat olunacaq sabiq futbolçu sağalma prosesindən sonra həyatında yeni səhifə açacaq.

Serhat Akının atası hücumdan sonra oğlundan Almaniyaya qayıtmasını istəyib. Sabiq milli futbolçunun da bu istiqamətdə qərar verdiyi və bundan sonra Almaniyada yaşayacağı bildirilib.

Qeyd edək ki, keçmiş futbolçu ekspert kimi çıxış etdiyi proqramdan evinə qayıdarkən naməlum şəxslər tərəfindən yaralanıb. Şübhəli bilinən 6 nəfər saxlanılıb və onlardan 5-i həbs edilib. Biri isə xaricə səfər qadağası və daimi nəzarət şərti ilə azadlığa buraxılıb. 

0