"Siti" braziliyalı ilə yeni müqavilə imzalayacaq
26.09.2025 - 13:36
"Siti" braziliyalı ilə yeni müqavilə imzalayacaq

"Mançester Siti" Savinyo ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Apasport.az xəbər verir ki, “şəhərlilər” braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

Bu barədə “The sun” nəşri məlumat yayıb.

Tərəflər arasında ilkin razılığın olduğu bildirilir. Müqavilənin uzunmüddətli olacağı iddia edilir.

Qeyd edək ki, Savinyonun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa klubu ilə çıxış etdiyi 7 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.