“Siti” braziliyalını razı saldı - 6 illik müqavilə imzalandı
04.10.2025 - 10:57
“Siti” braziliyalını razı saldı - 6 illik müqavilə imzalandı

“Mançester Siti” Savinyo ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı braziliyalı vinger “şəhərlilər”lə yeni, 6 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Siti” Savinyonu 2024-cü ildə Fransanın “Trua” klubundan 25 milyon avroya transfer etmişdi.