"Siti” futbolçusunu icarəyə verib
26.06.2025 - 23:10
"Siti” futbolçusunu icarəyə verib

“Mançester Siti” futbolçusu Juma Bahı icarəyə verib.

Apasport.az xəbər verir ki, 19 yaşlı müdafiəçi karyerasını “Nitsa”da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Juma ilə 1 illik müqavilə imzalanıb.

Bah 2025-ci ilin yanvarında “Mançester Siti”yə keçib. O, daha sonra “Lans”a icarəyə göndərilib.