"Siti" Rodrinin əvəzedicisini tapdı
15.04.2026 - 17:41
"Atletiko"nun yarımmüdafiəsi Pablo Barrios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Siti" ispaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Barriosun oyununu bəyənir. İspaniyalı mütəxəssis həmyerlisini gələcəkdə Rodrinin əvəzedicisi kimi düşünür.
Qeyd edək ki, Pablo Barrios cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0