"Siti" "Yunayted"in rekordunu təkrarlayıb
02.10.2024 - 14:52
"Siti" "Yunayted"in rekordunu təkrarlayıb

“Mançester Siti” Çempionlar Liqasında “Slovan”la qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, “şəhərlilər”in turnirdəki məğlubiyyətsiz seriyası (penaltilər istisna olmaqla) 25 matça çatıb.

Bu seriyada “Mançester Siti”nin 17 qələbəsi və 8 heç-heçəsi qeydə alınıb.

Bununla da, “Siti” “Yunayted”in rekordunu təkrarlayıb. 2007-2009-cu illərdə “qırmızı şeytanlar” da Çempionlar Liqasında belə seriyaya malik idi.

“Mançester Siti” sonuncu dəfə Çempionlar Liqasında 2022-ci ilin mayında – yarımfinalda “Real”a uduzub (1:3).

0