“Siti”də ciddi itki
12.02.2025 - 00:40
“Siti”də ciddi itki

Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürüb.

Apasport.az xəbər verir ki, hazırda davam edən "Mançester Siti" - "Real Madrid" qarşılaşmasında ev sahibləri ciddi itki ilə üzləşib.

"Şəhərlilər"in heyətində Cek Qriliş zədələnərək 30-cu dəqiqədə meydanı tərk etməyə məcbur olub.

Qeyd edək ki, görüş "Siti"nin 1:0 hesablı üstünlüyü ilə davam edir.