“Siti”də ciddi itki
13.02.2025 - 22:48
“Siti”də ciddi itki

İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas müdafiəçilərindən Manuel Akanji sıradan çıxıb.

İsveçrəli futbolçu Çempionlar Liqası pley-off mərhələsinin "Real"la matçında (2:3) zədələnib.

29 yaşlı mərkəz müdafiəçisinin zəsəsinin ciddi olduğu bildirilir.

Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyə bilər.

Qeyd edək ki, İsveçrə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 assistlə yadda qalıb.