“Siti”də ciddi itki
02.06.2025 - 20:26

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Mateo Kovaçiç əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 42 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0