"Siti"də mövsümün ən yaxşı futbolçusu açıqlanıb
13.06.2025 - 11:29
"Siti"də mövsümün ən yaxşı futbolçusu açıqlanıb

“Mançester Siti”də 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Şəhərlilər"in müdafiəçisi Yoşko Qvardiol mövsümün ən yaxşısı seçilib. 

23 yaşlı futbolçu başa çatan mövsümdə 53 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.