“Siti”dən 60 milyon avroluq həmlə
16.01.2025 - 21:27

Futbol üzrə İngiltərə Premyer Liqası komandalarından “Mançester Siti” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Mançester təmsilçisi “Yuventus”dan Andrea Kambiasonu transfer etməyi planlaşdırır.
“Qoca sinyora” 24 yaşlı sol cinah müdafiəçisini satmaq istəməsə də, uyğun təklif gələcəyi təqdirdə bu keçidə icazə verə bilər.
Premyer Liqa klubu oyunçu üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kambiaso “Yuventus”a 2022-ci ildə 13 milyon avro qarşılığında “Cenoa”dan transfer olunub.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0