"Siti"nin ulduzu üçün yeni namizəd
06.06.2024 - 13:58

Argentina milli komandasının və "Mançester Siti"nin hücumçusu Xulian Alvarez İngiltərə Premyer Liqasının başqa klubunda işləyə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə Londonun "Çelsi" klubu maraqlanır.
"River Pleyt" klubunun yetirməsi olan 24 yaşlı Xulianın da daha çox forma şansı görəcəyi komandaya getmək istədiyi bildirilir.
Xatırladaq ki, bundan öncə La Liqa təmsilçilərindən "Atletiko"nun da 24 yaşlı futbolçu ilə maraqlandığı bildirilmişdi.
Qeyd edək ki, Alvarez "Mançester Siti" formasıyla bu mövsüm Premyer Liqada 11 qol, 9 asistlə yadda qalıb.
- Nuri Şahin addım-addım Super Liqaya doğru: İstanbul klubunu çalışdıracaq
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- “Yuventus” 58 ildən sonra ilk dəfə belə məğlub olub
- “Atletiko”nun futbolçusunu ağır cəza gözləyir
- Ronaldo Terimin nəvələrinin xəyallarını gerçəkləşdirdi - FOTO
0
0