Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."
17.10.2025 - 18:52
Slot "Qalatasaray" məğlubiyyətini unuda bilmir: "VAR o penaltini ləğv etməliydi, amma..."

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında "Mançester Yunayted"lə oyun öncəsi açıqlama verib.

Apasport.az xəbər verir ki, Slot beynəlxalq fasilədən əvvəl “Kristal Pelas”, “Qalatasaray” və “Çelsi”yə qarşı ardıcıl məğlubiyyətləri dəyərləndirib.

Təcrübəli çalışdırıcı "Qalatasaray" matçında penaltinin ləğv edilməli olduğunu bildirib: 

"Hər üç məğlubiyyətimiz çox az fərqlə oldu. İkisini son dəqiqədə uduzduq, biri isə penalti idi. VAR o penaltini ləğv etməliydi, ancaq bizimkini ləğv etdi".

UEFA Çempionlar Liqasının ikinci həftəsində "Liverpul" səfərdə "Qalatasaray"a 1:0 hesabı ilə uduzub. Arne Slotun komandası beynəlxalq fasilədən sonra ilk oyununda evdə "Mançester Yunayted"i qəbul edəcək.