Şotlandiyada istefa - DÇ bitdi, Klark getdi
28.06.2026 - 04:03
Şotlandiya millisində baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, Stiv Klark DÇ-2026-da qrup mərhələsində mübarizəni dayandırmalarından sonra istefa verib.
61 yaşlı mütəxəssis 2019-cu ilin mayından Şotlandiya yığmasını çalışdırırdı.
Şotlandiya C qrupunu 3 xalla 3-cü pillədə başa vurub. Komanda ən yaxşı üçüncülər sırasına düşə bilmədiyi üçün 1/16 finaldan kənarda qalıb.
Qeyd edək ki, Şotlandiya qrupda Haitini 1:0 hesabı ilə məğlub edib, Mərakeşə 0:1, Braziliyaya isə 0:3 hesabı ilə uduzub.
0
0