"Spartak" "Qalatasaray"ın müdafiəçisini istəyir: DANIŞIQLAR DAVAM EDİR
22.07.2025 - 11:35
"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun xidmətində Moskva "Spartak"ı maraqlıdır.
Rusiya təmsilçisi Türkiyə klubu ilə danışıqlar prosesinə start verib.
"Cimbom" futbolçusu ilə yollarını ayırmağın əleyhinə dcyil. Tərəflər şərtlərdə razılaşarsa, "qırmızı-ağlar" 26 yaşlı kolumbiyalının transferi üçün ən azı 7 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, Kuesta 2025-ci ilin fevralından "Qalatasaray"da çıxış edir. O, komandanın heyətində 9 oyun keçirib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
1
0