"Sportinq" Qyökereşə əvəzləyici tapdı: İSPANİYADAN PORTUQALİYAYA
21.07.2025 - 10:54
"Sportinq"də ayrılıq yaşanmağa yaxındır.
Apasport.az xəbər verir ki, Viktor Qyökereş komandanı tərk etmək niyyətindədir.
Portuqaliya təmsilçisi artıq ona əvəzləyici tapıb.
Klub "Almeriya"nın hücumçusu Luis Xavyer Suareslə yaxından maraqlanır. Tərəflərin transferdə razılığa gəldiyi bildirilir. Son detallar da həll olunduqdan sonra forvard yeni komandasına qoşulacaq.
O, ötən mövsüm İspaniya Sequndasında 41 oyun keçirib, 27 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qyökereşin "Arsenal"a keçməyə yaxın olduğu bildirilir.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0