XXI əsrdə Avropada ən uzun müddət məğlubiyyətsiz seriyası yaxalayan klubların adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırma reytinqi ən yüksək olan 10 ölkə çempionatına əsasən aparılıb.
Bu mənada rekord “Porto”ya məxsusdur. Cari mövsüm liqada ilk yenilgisini XXXI turda alan Portuqaliya təmsilçisi 58 matçdan sonra meydanı başıaşağı tərk edib. Bu göstərici isə XXI əsrin rekordunu yeniləmək üçün kifayət edib.
Maraqlıdır ki, ən yaxşı 5 göstəricidən 3-də məhz “Porto”nun imzası var.
1. “Porto”
Məğlubiyyətsizlik seriyası: 58 oyun
Seriyanın başladığı tarix: 08.11.2020
Seriyanın bitdiyi tarix: 25.04.2022
2. “Seltik”
Məğlubiyyətsizlik seriyası: 56 oyun
Seriyanın başladığı tarix: 15.05.2016
Seriyanın bitdiyi tarix: 17.12.2017
3. “Porto”
Məğlubiyyətsizlik seriyası: 55 oyun
Seriyanın başladığı tarix: 06.03.2010
Seriyanın bitdiyi tarix: 29.01.2012
4. “Bavariya”
Məğlubiyyətsizlik seriyası: 53 oyun
Seriyanın başladığı tarix: 03.11.2012
Seriyanın bitdiyi tarix: 05.04.2014
5. “Porto”
Məğlubiyyətsizlik seriyası: 53 oyun
Seriyanın başladığı tarix: 12.02.2012
Seriyanın bitdiyi tarix: 30.11.2013
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"