Super Liqa klubu 3 futbolçusu ilə yollarını ayırdı
24.06.2025 - 21:28
Super Liqa klubu 3 futbolçusu ilə yollarını ayırdı

Türkiyə Super Liqası təmsilçilərindən “Eyüpspor”da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, komanda Emre Mor, Dorukhan Toköz və Leo Dubois ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dorukhan və Duboisin başa çatan müqavilələri yenilənməyib. Emre Mor isə müqavilə ilə məxsus olduğu “Fənərbaxça”ya geri qayıdıb.

Qeyd edək ki, İstanbul təmsilçisi geridə qalan mövsümü Türkiyə Super Liqasında 53 xalla altıncı pillədə başa vurmuşdu.