Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
14.02.2026 - 22:08
Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, "Gənclərbirliyi" Metin Diyadinlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 57 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Metin Diyadin 2025-ci ilin dekabrında "Gənclərbirliyi"nin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Ankara təmsilçisi Super Liqada 22 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.