Super Liqa klubunda yeni təyinat
11.10.2025 - 11:55
Super Liqa klubunda yeni təyinat

"Antalyaspor"un yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini Erol Bulut çalışdıracaq.

Bu barədə klubun prezidenti Rıza Perçin məlumat yayıb.

50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Antalyaspor" Emre Belözoğlu ilə yollarını ayırıb.