Super Liqa təmsilçisini almaniyalı mütəxəssis çalışdıracaq
09.06.2025 - 19:58
Super Liqa təmsilçisini almaniyalı mütəxəssis çalışdıracaq

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisini Markus Gisdol çalışdıracaq.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Alman mütəxəssislə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Kayserispor" bir müddət əvvəl Sergey Yakiroviçlə yollarını ayırmışdı.