Super Liqada ayrılıq: Volkan Demirel dövrü bitdi
04.05.2026 - 23:50
Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı yaşanıb.
Apasport.az xəbər verir ki, "Gənclərbirliyi" Volkan Demirellə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ankara təmsilçisi Demirelin rəhbərliyi altında ötən gün "Karagümrük"ə 0:1 hesabı ilə məğlub olub və bu nəticənin "cəzası" Volkan Demirelə kəsilib.
Qeyd edək ki, 32 turdan sonra 28 xal toplayan "Gənclər" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0