Super Liqada bu matçlar təxirə düşüb
16.08.2024 - 20:57
Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb.
Apasport.az xəbər verir ki, sözügedən turda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri təxirə salınıb.
Buna "Qalatasaray", "Trabzonspor" və "Başakşehir"in avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub.
Qeyd edək ki, "Beşiktaş" isə təqvimə əsasən 3-cü turda meydana çıxmayacaq.
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab
0
0