
Türkiyə Super Liqasının I turunda keçirilməsi planlaşdırılan üç qarşılaşma təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti rəsmi məlumat yayıb.
Açıqlamada bildirilir ki, bu mövsüm UEFA turnirlərində Türkiyəni təmsil edən klublarla aparılan müzakirələr və onların müraciətləri nəzərə alınaraq, Çempionlar Liqası və Konfrans Liqasının III təsnifat mərhələsindəki matçlara hazırlıq məqsədilə aşağıdakı oyunlar daha sonraya ertələnib:
"Fənərbaxça" – "Alanyaspor"
"Kayserispor" – "Beşiktaş"
"Fatih Karagümrük" – "Başakşəhər"
Qeyd edək ki, təxirə salınan qarşılaşmaların keçiriləcəyi tarixlər yaxın günlərdə elan olunacaq.