Super Liqanı Bundesliqaya dəyişə bilər
12.08.2025 - 17:51

“Göztəpə”nin futbolçusu Romulo karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 23 yaşlı hücumçu “Leypsiq”ə transfer olmağa çox yaxındır.
Bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Onun sözlərinə görə, Bundesliqa təmsilçisi braziliyalı forvard üçün 23 milyon avro ödəməyə hazırdır. Futbolçu da bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, Romulo ötən mövsüm “Göztəpə”nin heyətində çıxdığı 33 rəsmi matçda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0