Super Liqanı tərk edəcək daha bir komanda bəlli olub
19.05.2025 - 14:17

Türkiyə Super Liqasını tərk edəcək növbəti komandanın adna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, mövsümün bitməsinə iki tur qalmış "Sivasspor"un elitanı tərk edəcəyi dəqiqləşib.
Rıza Çalımbayın rəhbərlik etdiyi kollektiv 36-cı turda səfərdə "Samsunspor"a 0:1 hesabı ilə məğlub olub. Sivas təmsilçisinin düşmə zonasının üzərində yer alan "Alanyaspor"a çatmaq ehtimalı yoxdur.
Qeyd edək ki, "Sivasspor"dan başqa "Adana Demirspor" və "Hatayspor"un da aşağı liqaya düşəcəyi əvvəlki turlarda dəqiqləşib.
0
0