Super Liqaya yüksələn son komanda bəlli olub
30.05.2025 - 08:34
Super Liqaya yüksələn son komanda bəlli olub

Türkiyə Super Liqasına yüksələn son komanda bəlli olub.

Apasport.az xəbər verir ki, “Fatih Karagümrük” 1 il aradan sonra yüksək liqaya vəsiqə qazanıb.

Komanda pley-off matçında “Bandırmaspor”u 3:1 hesabı ilə məğlub edərək buna nail olub. 

Qeyd edək ki, “Kocaelispor” və “Gənclərbirliyi” Super Liqaya birbaşa vəsiqə qazanıb.