Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın futbolçusu Duşan Tadiç İstanbul təmsilçisini tərk edərək karyerasını Avropadan kənarda davam etdirə bilər.
Apasport.az "Goal" nəşrinə istinadla məlumat verir ki, təcrübəli futbolçunun Səudiyyə Ərəbistanında iş variantları var.
Mənbənin məlumatına görə, futbolçu ilə “Əl-Qadisiyyə” maraqlanır. Səudiyyə klubu Tadiç üçün təxminən 6 milyon avro ödəməyə hazırdır.
Serbiyalı 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.
"Transfermarkt" onun dəyərini 3,5 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Serbiya millisinin futbolçusu Duşan Tadiç AVRO-2024 başa çatdıqdan sonra yığma karyerasını başa vurub.
- “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
- Çağlar Söyüncünün yeni klubu bəlli oldu – “Çorum”la razılaşdı
- “Başakşehir” – “Qalatasaray” matçına avstriyalı VAR hakimi
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər