Tadiç və Cekodan sonra o da "Fənər"dən ayrılır
03.06.2025 - 11:34
Tadiç və Cekodan sonra o da "Fənər"dən ayrılır

Ulduz forvard Yusuf En-Nesiri “Fənərbaxça”dan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mərakeşli hücumçu komandadakı ab-havadan və qeyri-stabil oyun praktikasından narazıdır.

28 yaşlı hücumçu ilə İngiltərə və Səudiyyə Ərəbistanı klubları maraqlanır.

En-Nesiri bu mövsüm “sarı-lacivərdli” forma ilə Super Liqada 34 oyunda 20 qol vurub.

Qeyd edək ki, “Fənərbaxça” bir neçə gün əvvəl Edin Ceko və Duşan Tadiçlə də yollarını ayırıb.