Tomas Frank “Tottenhem”də - RƏSMİ
12.06.2025 - 23:27
Tomas Frank “Tottenhem”də - RƏSMİ

İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in yenibaş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, komandaya Tomas Frank rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı təcrübəli mütəxəssislə 3 illik müqacilə imzalanıb.

Qeyd edək ki, Frank son olaraq "Brentford"un sükanı arxasında əyləşmişdi.