Tonali İtaliya yolunda
06.08.2025 - 11:54

"Yuventus" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini transfer etmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisinin Morten Hyulmandın keçidi ilə bağlı “Sportinq”lə apardığı danışıqlar nəticəsiz başa çatıb.
Bununla əlaqədar “qoca sinyora” diqqətini 25 yaşlı italiyalının transferinə yönəldəcək.
Qeyd edək ki, Tonali ötən mövsüm “Nyukasl”ın heyətində çıxış etdiyi 45 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
0
0