"Tottenhem" klubu "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Cianluka Di Marzio məlumat yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi italiyalı futbolçunun keçidi üçün "Nyukasl"a 75 milyon avro təklif edib.
Lakin İngiltərə klubu oyunçunu bu məbləğə buraxmaq niyyətində deyil.
Bildirilir ki, "Nyukasl" rəhbərliyi Tonalinin transferindən ən azı 85 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında "Milan"dan "Nyukasl"a transfer olunub.
O, ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.