“Ayaks”ın yarımmüdafiəçisi Mohammed Kudus Avropanın Top-klublarının diqqətini çəkib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu Qana millisinin heyətində Qətərdə keçirilən dünya çempionatındakı performansı ilə nəhənglərin maraq dairəsinə düşüb.
Konkret olaraq “Liverpul”, “Çelsi”, “Real” və PSJ Kudusun transferini gələcəyə yatırım kimi baxır. Futbolçunun dəyəri hazırda 15 milyon avroya bərabər göstərilsə də, mundialdakı baxımlı oyunu sayəsində “Ayaks” onun keçidindən daha çox gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, Kuduzun Amsterdam təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq