
Premyer Liqa təmsilçilərindən “Tottenhem” mərkəz müdafiəçisi Kristian Romeronu “Real”a satmaqdan imtina edib.
Apasport.az xəbər verir ki, ispan nəhəngi bu yay argentinalı almağa çalışsa da, rədd cavabı alıb.
Məlumata görə, "Los Blancos" ilin əvvəlində Romeronun mümkün transferi ilə bağlı "spurs"a müraciət edib, lakin London klubunun rəhbəri Daniel Levi futbolçu üçün inanılmaz məbləğ istəyib.
Belə ki, Levi dünya çempionu üçün 175 milyon avro istəyib.
"Transfermarkt" portalının məlumatına görə, Kristian Romeronun dəyəri 65 milyon avrodur. Ötən mövsüm 26 yaşlı futbolçu Premyer Liqada 33 matçda 5 qol vurub.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb