"Tottenhem" üçün Poçettino variantı
11.02.2026 - 21:32
"Tottenhem"in baş məşqçi postuna əsas namizəd bəlli olub.
Apasport.az xəbər verir ki, Maurisio Poçettino komandaya qayıda bilər.
İngiltərə klubu bu gün Tomas Frankı istefaya göndərib. Bununla da mütəxəssis yenidən "mahmızlar"ın maraq dairəsinə düşüb.
Poçettino hazırda ABŞ millisini çalışdırır.
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 26 turdan sonra 29 xalla 16-cı yerdədir.
0
0