"Tottenhem"də ciddi itki - əməliyyat olunacaq
07.08.2025 - 14:54
"Tottenhem"də ciddi itki - əməliyyat olunacaq

"Tottenhem"in heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu sağ dizindən zədə alıb və əməliyyat olunacaq.

İngiltərəli hücumameyilli yarımmüdafiəçinin bərpa prosesi təxminən 6-7 ay davam edəcək.

Qeyd edək ki, Ceyms Meddison 2023-cü ildə "Lester Siti"dən "Tottenhem"ə transfer olunub.