“Tottenhem”in futbolçusu: "Layiqli qələbə qazandıq"
27.09.2024 - 11:31
“Tottenhem”in futbolçusu: "Layiqli qələbə qazandıq"

“Tottenhem”in futbolçusu Ben Deyvis Avropa Liqasında “Qarabağ”ı məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, müdafiəçi UEFA-nın saytına açıqlamasında 3:0 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Azlıqda qalsaq da, buna uyğunlaşdıq. Öz növbəmdə komandama kömək edə bildiyim üçün məmnunam. Hər oyuna ciddi yanaşırıq və qələbə qazanmağa çalışırıq.

Qırmızı vərəqədən sonra çətin olacağını bilirdik. Buna baxmayaraq, döyüşü qazanmaq üçün yıxılsan da, qalxmalısan. Çox çalışdıq. Bu matçda az şey xeyrimizə olsa da, sonda layiqli qələbə qazandıq. Əlimizə düşən şansları dəyərləndirdik, qapıçımız da yaxşı seyvlər etdi”.

0