“Tottenhem”in rekord transfer planı
17.06.2022 - 11:26
“Tottenhem” klub tarixinin ən bahalı transferini reallaşdırmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Lautaro Martinesin keçidində maraqlıdır.
“İnter”in argentinalı hücumçusunun transferini baş məşqçi Antonio Konte istəyir. İtaliyalı mütəxəssis Milan klubunda da Lautaro ilə çalışıb.
“Tottenhem” Martines üçün 90 milyon ödəməyə hazırdır. Bu, klub tarixinin yeni rekordu olacaq.
Qeyd edək ki, Premyer Liqa klubunun indiyəqədərki ən bahalı transferi Tanqay Ndombeledir. Onun üçün “Lans”a 60 milyon avro ödənilib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
1
0