“Tottenhem”in sabiq futbolçusu butslarını mismardan asdı - RƏSMİ
04.04.2026 - 16:15
“Tottenhem”in sabiq futbolçusu butslarını mismardan asdı - RƏSMİ

“Tottenhem”in sabiq futbolçusu Viktor Vanyama karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə kenyalı yarımmüdafiəçi sosial media hesabında paylaşım edib.

34 yaşlı oyunçu futbolçu karyerasını başa çatdırdığını açıqlayıb.

Qeyd edək ki, Viktor Vanyama karyerası ərzində “Seltik”, “Sauthempton” və “Monreal” kimi klubların formasını geyinib. O, son olaraq Şotlandiyanın “Danfermlin Atletik” klubunda çıxış edib.