“Trabzonspor”dan yeni transfer - RƏSMİ
05.09.2025 - 18:51
“Trabzonspor”dan yeni transfer - RƏSMİ

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub "Sent-Etyen"dən Benjamin Bouşouarini transfer edib.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Tərəflər arasında 3+1 illik müqavilə imzalanıb. Futbolçu yeni klubunda 1 milyon avro maaş alacaq.