"Trabzonspor"un müdafiəçisi klubdan ayrılıb
26.08.2024 - 23:02
"Trabzonspor"un müdafiəçisi klubdan ayrılıb

"Trabzonspor" müdafiəçisini İtaliyaya icarəyə göndərib.

Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisinin şərəfini qoruyan Rayyan Baniya mövsümün sonuna qədər "Palermo" forması geyinəcək.

Seriya B təmsilçisi türklərə 450 min avro ödəniş edəcək. Əgər "Palermo" futbolçunu birdəfəlik heyətinə cəlb etmək istəsə, transfer məbləği 3.2 milyon avro olacaq.

Qeyd edək ki, müqaviləyə birdəfəlik transfer bəndi daxildir.

 

0