“Çelsi” yay transfer pəncərəsində futbolçu keçidlərinə təxminən 200 milyon avro xərcləyə biləcək.
Apasport.az saytının məlumatına görə, London klubunun yeni sahibləri komandanın gücləndirilməsini istəyir.
Rəhbərlik bunun üçün lazımi maliyyə dəstəyi əsirgəməyəcəyinə söz verib. Premyer Liqa təmsilçisinin ilk planı müdafiənin cinahlarını gücləndirməkdir. Bu mənada hədəflər “Barselona”lı Serjinyo Dest və PSJ-li Əşrəf Hakimidir. Destin keçidi real görünsə də, Hakimini almaq heç də asan olmayacaq.
Qeyd edək ki, Dest ötən mövsüm bütün turnirlərdə 31, Hakimi isə 41 oyun keçirib. Amerikalının aktivində cəmi 3 məhsuldar ötürmə varsa, mərakeşli 4 qol vurub, 6 assist edib.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi