Trossard dubl etdi - Matçın oyunçusu seçildi
27.06.2026 - 09:36
Belçika millisinin futbolçusu Leandro Trossard fərdi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, FIFA onu DÇ-2026-nın G qrupunda Yeni Zelandiyaya qarşı keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
Trossard Belçikanın 5:1 hesablı qələbəsində dubl edib. O, 28 və 50-ci dəqiqələrdə fərqlənib. Belçikanın digər qollarını Kevin de Bruyne, Romelu Lukaku və Aleksis Salemakers vurub.
Qeyd edək ki, Belçika bu qələbə ilə G qrupunu lider kimi başa vurub.
0
0