Türam İngiltərə yolunda
24.03.2026 - 16:33
Türam İngiltərə yolunda

"İnter"in hücumçusu Markus Türam komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

"Aston Villa" və "Nyukasl" klublarının futbolçu ilə təmasa keçdiyi bildirilir.

Qeyd edək ki, Türam cari mövsümdə "neradzurri"nin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb.