Türkiyə klubunda ata-oğul transferləri – Övladlarını komandaya gətirdilər
23.07.2025 - 18:32

“Serik Belediyespor”un səhmlərinin 50 faizinin sahibi olan azərbaycanlı iş adamı Tufan Sadıqov oğlunu kluba transfer edib.
Apasport.az xəbər verir ki, İlya Sadıqov I Liqa təmsilçisinin formasını geyinəcək.
24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
“Serik Belediyespor”un baş məşqçisi Sergey Yuran da oğlunu komandaya gətirib.
28 yaşlı sağ cinah müdafiəçisi olan Artyom Yuran 2025/2026 mövsümündə Antalya təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, “Sedrik Belediyespor” ötən mövsüm II Liqada qalib olub və I Liqaya yüksəlib.
0
0