Türkiyə millisinin üzvü Bundesliqada - RƏSMİ
09.08.2025 - 22:14
Türkiyə millisinin üzvü Bundesliqada - RƏSMİ

Türkiyə millisi və "Valensiya"nın müdafiəçisi Cenk Özkaçar karyerasını Almaniyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu "Köln"ə transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçu bir illik icarə əsasında Bundesliqa təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, Cenk Özkaçar ötən mövsümü də icarə əsasında “Real Valyadolid”də keçirmişdi.