Türkiyə millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər
26.03.2026 - 23:56
Türkiyə millisinin üzvü Premyer Liqada klubunu dəyişə bilər

"Brayton"un müdafiəçisi Ferdi Kadıoğlu Premyer Liqada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" türkiyəli futbolçunu transfer etmək istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, "qırmızı şeytanlar" Ferdi üçün mövsümün sonunda təklif göndərməyi planlaşdırır. "Qağayılar" 26 yaşlı sol cinah müdafiəçisi üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Brayton" Türkiyə millisinin üzvünü 2024-cü ilin yayında "Fənərbaxça"dan 30 milyon avroya transfer edib.