Türkiyə Super Liqasında şok ayrılıq: Prezident istefa verib
02.07.2025 - 00:15
Türkiyə Super Liqasında şok ayrılıq: Prezident istefa verib

Süper Liqa təmsilçilərindən "Antalyaspor"un prezidenti Sinan Boztepe vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb:

"Prezidentimiz Sinan Boztepe 1 iyul tarixindən etibarən vəzifəsindən istefa verdi. Bu günə kimi göstərdiyi xidmətlərə görə ona təşəkkür edirik".

Qeyd edək ki, Boztepe 2023-cü ilin oktyabr ayından komandaya rəhbərlik edirdi.