Türkiyəli baş məşqçi vəfat edib
09.03.2026 - 13:38
Türkiyəli baş məşqçi Engin Fırat vəfat edib.
Apasport.az xəbər verir ki, Livanın “Nejmeh” klubuna rəhbərlik edən türkiyəli mütəxəssis hava limanında dünyasını dəyişib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
55 yaşlı çalışdırıcının ölüm səbəbinin infarkt olduğu bildirilir.
Qeyd edək ki, Engin Fırat İranın “Sepahan”, “Qostareş” və “Saypa” klublarında, həmçinin Moldova və Keniya yığmalarında baş məşqçi vəzifəsində çalışıb.
0
0